Yeni İsmarış yaz


Ad: Əlizadə Bahadur                     E-mail: [email protected]

Mesaj: Hörmətli Anar müəllim mənim şeirlərim var.Mən Gənc Yazıçılar Birliyinin Üzvü ola bilərəmmi? Mümkünsə cavab yaza bilərsiniz.Əgər lazımdırsa bir neçə şeirimi təqdim edə bilərəm.


Ad: lazım əsədli                     E-mail: [email protected]

Mesaj: Salam,Anar müəllim!Uzun illər üzərində çalışdığım bir tədqiqat işi (“Albaniya Tarixi” və erməni redaktorunun barmağı”) məni həm ədəbiyyatdan ,həm sizdən ayrı salmışdı.Nəhayət,kitabı tamamladım və bir balaca özümə gələn kimi,bu müddətdə oxumadığım əsərlərinizi oxumağa başladım.Bu gün “Ağ qoç və qara qoç”u oxudum.Misilsiz əsərdir.Məliyin öz arvadı ilə görüş səhnəsini göz yaşları içində oxudum.Bunca yığcam sözlərlə,bu qədər ürək parçalayan, dərin hisslər ifadə edən bir səhnə yarada bilmək hər sənətkara nəsib olmur...Oğlu ilə görüş səhnəsi də qiyamətdir.Onun qızı ilə görüş səhnəsi isə əvvəlcə mənə bayağı göründü.Ona görə ki,mən bu zavallı insanın heç olmazsa zonalardan birində işığ görməyini istəyirdim.Ancaq,sonra başa düşdüm ki,bu bizim istəyimizdən asılı olan bir şey deyil.Mənəvi birliyi olmayan,ağla qaranı bir-birindən ayırmayan,taleyini özünün deyil,başqalarının ixtiyarına verən bir xalqı heç bir yanda ,heç bir işıq gözləyə bilməz...Çox sağ olun,Anar müəllim!Allah sizi bizlərə çox görməsin.
Hörmətlə : Ə.Lazım. (Lazım Əsədli)


Ad: Etibar Qasımov                     E-mail: [email protected]

Mesaj: Siz doğurdan da dahisiz


Ad: mixek                     E-mail: ms4sdfvbgn

Mesaj: salam anar siz yazicilar rehimli tanrilarsiniz en azinnan men de olmaq isterdim amma bu asan deyil


Ad:                     E-mail:

Mesaj: salam anar siz yazicilar rehimli tanrilarsiniz en azinnan men de olmaq isterdim amma bu asan deyil


Ad: mahirə                     E-mail: mahire-1960

Mesaj: Salam Anar müəllim.Sizə can sağlığı,işlərinizdə müvəffəqiyyətlər arzulayıram.Darıxanda həmişə kitab rəfinə yaxınlaşıb baxanda nəsə sizin əsərlərinizi oxumaq istəyirəm.


Ad: Elmir                     E-mail: [email protected]

Mesaj: Sovetlər dönəmində də Anar olmaq çox çətin idi. Amma o vaxt, hər necə olsa da, Anarı Anar eləyən mühit vardı, bu mühit 60-cı illərdə meydana çıxmışdı, çox böyük miqyası əhatə edirdi. Azərbaycan da bu miqyasın içində idi.
Amma indi Anar olmaq daha çətindir. Çünki indi Anarı Anar edən mühit yoxdur. İndi Anarı Anar edən bircə adam varsa, o da Anar özüdür.
Anar müəllim, Sizə Anar uğurunda mübarizədə böyük səbr və dözüm arzulayıram.


Ad: Mir Əsəd                     E-mail: [email protected]

Mesaj: Gözəl yazıçıdır.Bir xahişim var dedektivlik hekayeler yazsın!!!!
sağolun !!
Anar müəllimə uğurlar!!!!


Ad: Məhəmməd Qaraşov                     E-mail: [email protected]

Mesaj: Salam, Anar. Yazıçılar içərisində ən çox sevdiyim yazıçısınız. Əsərləriniz haqqında burada digər dostlarımız fikir bildirib. Mən bunu qeyd etmək istərdim ki, həqiqətən də, siz nadir incisiniz. Əsərlərinizdəki ideyalar və bu əsərlərin orijinallığı bunu sübut edir. Bundan sonra nə qədər ömrüm qalıbsa, bacardığım qədər sizin əsərlərinizi mütaliə edəcək və araşdıracağam. Necə ki, siz Cəlil Məmmədquluzadəyə "ustad" deyirsiniz, mən də sizi özümə ustad qəbul edirəm. İnşallah, bir sizinlə həmsöhbət olarıq. Bunu çox istəyirəm. Yeni-yeni nailiyyətlər diləyi ilə...


Ad: Özcan Erdoğan                     E-mail: ozcanerdogan428@hotm

Mesaj: Merhaba Anar Ağabey,
Ben Türkiye'de bir üniversitede, Maliye Anabilim Dalinda öğretim üyesiyim. AzTV'de yaptiginiz programlari ilgi ile izliyorum. Benim sizden bir ricam var. Bana imzalı bir eserinizi hediye edebilir misiniz? Eserinizle birlikte telefon numaralarinizi ve adresinizi de bildirebilirseniz cok memnun olurum. Sizinle yazışmak istiyorum. Azerbaycan'a geldiğimde sizi ziyaret etmek istiyorum. Benim adresim aşağıdaki gibidir. Kendinize iyi bakın. Hoşcakalın. Yrd.Doç.Dr.Özcan ERDOĞAN
Adres: Dumlupınar Üniversitesi, İktisadi ve İdari Bilimler Fakültesi, Maliye Bölümü, Merkez Kampüsü, Tavşanlı Yolu 10. Km., 43270 Kütahya, TÜRKİYE, Fakülte tel.: 90.274.265 20 31(16 hat)-265 21 93(3 hat)-2126

əvvəlki    sonrakı